7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Digər idman növləri

Velosiped Federasiyası ilə yekun vurdu

Azərbaycan Velosiped Federasiyasında (AVF) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, AVF-nin baş katibi Elnarə Musayeva, İcraiyyə Komitəsinin üzvləri Vüqar Salahov, Nadim Babayev və Elşən Həsənov, idman direktoru Viktor Osadçiy, milli yığma komandanın məşqçi və idmançı heyəti, həmçinin federasiyanın digər əməkdaşları iştirak ediblər.

Mədət Quliyev çıxış edərək federasiyanın kollektivini, bütün idmançı və məşqçiləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

AVF prezidenti 2022-ci il ərzində aparılan uğurlu işlərə, əldə olunan nəticələrə görə Federasiyanın kollektivini, idmançı və məşqçi heyətini təbrik edib, onlara və bütün Azərbaycan idmançılarına 2023-cü ildə yeni-yeni uğurlar arzulayıb.

Daha sonra AVF-nin İcraiyyə Komitəsinin qərarı ilə 2022-ci il ərzində fərqlənən idmançı və məşqçilər təltif olunublar. Öncə Azərbaycan milli komandasının üzvləri mükafatlandırılıblar.

İlin ən yaxşı idmançıları Ayan Xankişiyeva və Musa Mikayılzadə, ilin ən nizam-intizamlı idmançıları Ömər Musayev və Radha Şabanova, ilin ən əzmkar velosipedçiləri isə Tural İsrafilov və Viktoriya Sidorenko seçiliblər. İdmançılara qiymətli hədiyyələr təqdim olunub. 

Yarışların keçirilməsinin təşkilində səmərəli fəaliyyətinə görə məşqçi Elçin Qəhrəmanov, ilin ən məsuliyyətli məşqçisi adına layiq görüldüyünə görə Sabir Həsənov, Federasiyasının daxili nizam-intizam qaydalarına ciddi surətdə əməl etdiyinə görə məşqçi Qurban Tağıyev fəxri fərmanla, Müdafiə Sənayesi Nazirliyi ilə səmərəli və işgüzar fəaliyyət qurduqlarına görə AVF-nin üzvü Elvin Heydərov və idman jurnalisti Pərviz Musayev “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər.

Azərbaycanın Elit/U23 yığma komandasının üzvləri Ayan Xankişiyeva və Musa Mikayılzadəyə Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında uğurlu nəticələr əldə etdiklərinə görə Təşkilat Komitəsi tərəfindən göndərilən plaketlər, Avropa Yeniyetmələrinin 16-cı Yay Olimpiya Festivalında iştirak etmiş milli komandamızın üzvlərinə isə yarışların iştirakçı sertifikatları təqdim olunub.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30