10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Digər idman növləri

"Qəbələ" cüdoçusu Avropa Kubokundan medalla qayıdır

 

Ukraynanın Kiyev şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda Azərbaycanı və “Qəbələ”ni təmsil edən Fəridə Həsənxanova bürünc medal qazanıb. Futbolxeber.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz çətin qarşılaşmalardan sonra mükafatçılar sırasına düşməyi bacarıb. Xatırladaq ki, sözügedən çəkidə 37 idmançı medallar uğrunda yarışıb. Fəridə Həsənxanova Azərbaycana medal qazandıran yeganə qız cüdoçu olub.  Ümumilikdə Azərbaycan Avropa Kubokundan 5 medalla qayıdır. 
55 kq şəki dərəcəsində İlkin Babazadə qızıl medala, 60 kq çəki dərəcəsində Rauf Xəlilov gümüş medala sahib olub. Natiq Qurbanlı (-50 kq) və Rüfət Tağızadə (-55 kq) isə bürünc medala yiyələnib.
Qeyd edək ki, 18 yaşdan aşağı cüdoçuların mübarizə apardığı Avropa Kubokuna qitənin 23 ölkəsindən  569 idmançı qatılmışdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30