Digər idman növləri
Zəfər Kubokunun qalibi bəlli olub
İdman Araşdırmalar Mərkəzinin (İAM), Azərbaycan İdman Jurnalistləri, Azərbaycan Voleybol Federasiyası (AVF) və "Avrora Group"la birgə təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokuna yekun vurulub.
Futbolxeber.az saytının məlumatına görə, Dərnəgül Voleybol Mərkəzində keçirilən final oyununda "Kəlbəcər" və "Şuşa" komandaları üz-üzə gəliblər.
Həlledici qarşılaşmadan öncə fəxri qonaqlar qismində AFV-in birinci vitse-prezidenti Faiq Qarayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fikrət Hüseynov və Vətən müharibəsi iştirakçısı, "Vətən uğrunda", "İgidliyə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", Füzuli, Xocavənd və Ağdamın azad olunmasına görə medalları ilə təltif olunmuş polkovnik-leytenant Vüsal Nağıyev, həmçinin, "Avrora Group"un piar və marketinq meneceri Elvin Babayev çıxış ediblər.
İştirakçıları salamlayan F.Qarayev şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib: "Müharibə zamanı nələr çəkmişik, Allah bilir. Şərəfli bir gündür ki, bu gün voleybol üzrə Zəfər Kuboku keçirilir. Yarışın təşkilatçılarına təşəkkürümü bildirirəm. Xahiş edirəm ki, bu turnir hər il təşkil olunsun. Söz verirəm ki, gələn il bu yarışda zal azarkeşlərlə dolu olacaq. Jurnalistləri, xüsusilə idman sahəsində çalışan media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Bizimlə çiyin-çiyinə çalışır, nailiyyətlərimizi işıqlandırırlar. Zallarımız jurnalistlərin, qazilərin üzünə açıqdır. Nə vaxt istəsəniz, burada məşq edə bilərsiniz".
F.Hüseynov Gənclər və İdman Nazirliyi, şəxsən nazir Fərid Qayıbovun adından jurnalistləri təbrik edib. Turniri təşkil edən insanlara təşəkkürünü bildirən nazirlik rəsmisi finalda mübarizə aparan komandalara uğurlar arzulayıb.
Vətən müharibəsi iştirakçısı V.Nağıyev turnirə dəvət aldığı üçün minnətdarlığını bildirib: "Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri təbrik edirəm, hamınıza uğurlar diləyirəm. Qürurverici haldır ki, Şuşa və Kəlbəcər komandaları finala çıxıblar. 30 illik həsrətə son qoyan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzulayıram. Hər iki komanda mənim üçün doğmadır".
Sonda isə E.Babayev öz fikirlərini bölüşüb: "Bu gün əlamətdar gündür. Milli Mətbuat günündə Zəfər Kubokunu keçiririk, ikiqat bayram yaşayırıq. "Avrora Group"un adından komandalara uğurlar arzu edirəm. Sağlam bədəndə sağlam ruh olar. Bundan sonra da bu deviz altında müxtəlif yarışlarda görüşəcəyik".
Çıxışlardan sonra şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov, həmçinin mərhum jurnalistlər Elnur Əşrəfoğlu və Məzahir Süleymanzadənin xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Ardınca final oyunu start götürüb. İlk seti "Kəlbəcər" 25:18 hesabı ilə aktivinə yazdırsa da, "Şuşa" geridönüş edə bilib. İkinci setdə 25:17, qızıl setdə isə 15:7 hesablı qələbə qazanan "Şuşa" Zəfər Kubokunun qalibi olub - 2:1.
Həlledici qarşılaşmadan sonra Zəfər Kubokunun finalçıları mükafatlandırılıb.
Turnirin qalibinə Zəfər Kuboku, 800 manat pul mükafatı, diplomlar, Azərbaycanın ilk idman geyimi brendi "İl Azero"nun formaları, digər finalçıya isə diplomlar verilib.
Turnirin ən yaxşı oyunçusu seçilən "Şuşa"nın üzvü İsgəndər İbrahimə 100 manat pul mükafatı təqdim olunub.
Həmçinin Zəfər Kubokunun təşkilinə verdiyi dəstəyə görə AVF və "Avrora Group" xüsusi plaketlə təltif ediliblər.
Bundan başqa, final oyunun hakimlərinə, Azərbaycan Voleybol Federasiyasının fotoqrafı İslam Atakişiyevə və qurumun mətbuat xidmətinin rəhbəri Şəfə Kərimovaya fəxri fərman verilib.
Mükafatlandırılanlar arasında Vətən müharibəsi iştirakçısı, "Vətən uğrunda", "İgidliyə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", Füzuli, Xocavənd və Ağdamın azad olunmasına görə medalları ilə təltif olunmuş polkovnik-leytenant Vüsal Nağıyev də olub.
Mükafatlandırma mərasimində çıxış edən İAM-ın sədri Elşən Məmmədov turnirin təşkilində göstərilən dəstəyə görə Azərbaycan Voleybol Federasiyasına, baş sponsor "Avrora Group"a və digər tərəfdaşlara minnətdarlığını bildirib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib