Digər idman növləri
Arpaçay klubunun təşkilatçılığı ilə Karate üzrə yarış başa çatıb
Gənclər və İdman Nazirliyinin və Milli Karate Federasiyasının dəstəyi, Arpaçay Karate Klubunun təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında Bakı İdman Sarayının Karate üzrə I Açıq Çempionatı start götürüb.
Futbolxeber.az saytının məlumatına görə, paytaxtın ən böyük arenalarından biri olan Bakı İdman Sarayında (Baku Sports Hall) baş tutan turnirdə, əsasən, karate idman növü ilə yeni məşğul olmağa başlayan idmançılar öz güclərini sınayıblar.
Çempionatın açılış mərasimində Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Bakı İdman Sarayının direktoru Əli Əsgərov, federasiyanın beynəlxalq dərəcəli hakimləri, məşqçiləri və idman ictimaiyyətinin digər nüfuzlu nümayəndələri iştirak ediblər.
Mərasimdə bu günlərdə Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən Avropa Karate Federasiyasının (EKF) Karate üzrə 49-cu Avropa Çempionatında uğurla çıxış edən 5 idmançımız və onları hazırlayan Milli Karate Federasiyasının yeniyetmə və gənclərdən ibarət seçmə komandasının məşqçilərinə mükafatlar təqdim edilib, bədii hissədə rəqs kollektivlərinin və idmançıların maraqlı çıxışları olub.
Turnirin yekunu haqqında fikirlərini bölüşən Arpaçay Karate Klubunun prezidenti, Bakı İdman Sarayının İdman Şöbəsinin müdiri, Əməkdar məşqçi Yavər Hüseynov bildirib ki, yarışın keçirilməsində əsas məqsəd 5-13 yaş arasında olan və əsasən də, karate ilə yeni məşğul olmağa başlayan idmançıların böyük arenada özlərini göstərməsi üçün fürsət vermək olub: “Yarışa maraq gözlədiyimizdən də yüksək olub, turnirdə Bakı, Gəncə, Xaçmaz, Qazax, Naxçıvan, Sumqayıt, Şəki və respublikanın digər bölgələrini təmsil edən karate üzrə federasiya, klub və komandalarının 700-ə yaxın idmançısı iştirak edib. Yarış Bakı İdman Sarayının Karate üzrə I Açıq Çempionatı olsa belə, həm iştirak edən klubların, həm də yarışı idarə edən hakim komandasının tərkibi baxımından peşəkarlığı ilə seçilən və yüksəksəviyyəli turnir olub”.
Y.Hüseynov onu da bildirib ki, Arpaçay Karate Klubunun müntəzəm olaraq beynəlxalq və ölkədaxili yarışların təşkilində və keçirilməsində əsas məqsədi Azərbaycanda uşaq, yeniyetmə və gənclərdə idmana marağın artırılması, karate idman növünün təbliği və kütləviliyin təmin edilməsidir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”