9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

"Mariya Stadnik mənə çox kömək oldu"

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında 1 dəst medal qazanan qızlardan ibarət Azərbaycan yığması vətənə qayıdıb.

Futbolxeber.az saytının məlumatına görə, 66 xalla komanda hesabında 5-ci yeri tutan millimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idmançılar və yığma üzvlərinin yaxınları qarşılayıb.

49 kq-da Avropa çempionu olan Ruzanna Məmmədova federasiyanın mətbuat xidmətinə açıqlama verib: “Güclü təlim-məşq toplanışları keçdik. Bunun üçün məşqçilərimizə və federasiya rəhbərliyinə təşəkkür edirəm. Dünya çempionatına az qalıb. İnşallah, həmin yarışa daha yaxşı hazırlaşıb, bundan da yüksək nəticələr əldə edərik. Son 1 ayda Mariya Stadnik bizimlə birgə məşq keçdi. O, mənə çox kömək oldu. Sparrinq kimi bütün məşqlərdə mənimlə işlədi. Mariya ilə birgə bu yarışa hazırlaşmaq mənim üçün böyük stimul oldu. Ona minnətdarlığımı bildirirəm”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30