8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Voleybolçumuz Macarıstan kubokunun qalibi oldu

“Vaşaş” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstan Kubokunu qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, yığmanın kapitanı qazanılan qələbə ilə bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə təəssüratlarını bölüşüb.

Abduləzimova bildirib ki, bu, mövsüm ərzində onların ikinci uğurudur: “Qələbə münasibətilə komanda yoldaşlarımı təbrik edirəm. Düşünürəm ki, biz əsl komanda oyunu göstərərək bu uğura imza atdıq”.

Oyunçu komandasının bununla kifayətlənmək fikrində olmadığını sözlərinə əlavə edib: “Vaşaş” hər zaman iştirak etdiyi yarışlara qalib gəlmək üçün qatılır, hər matçda ən gözəl oyun nümayiş etdirməyə çalışır. Fikrimcə, iki uğura bu istək sayəsində imza atmışıq. Əvvəlcə MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası - red.) turnirinin qalibi olduq, undi isə Macarıstan Kubokunu qazandıq. Qarşıda bizi çempionat oyunları gözləyir. İnanıram ki, bu matçlarda da qələbə qazanaraq üçüncü hədəfimizə çatacağıq".

Qeyd edək ki, “Vaşaş” finalda SZBBRA komandasını 3:1 hesabı ilə məğlub edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30