9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Nazir Vüqar Həşimov Şahmat Akademiyasını ziyarət etdi

Gənclər və idman naziri Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub.

Futbolxeber.az saytının məlumatına görə, nazir şahmatçılarla görüşərək onların hazırlıqları ilə maraqlanıb, akademiya yetirmələrinin nailiyyətlərinin sərgiləndiyi şahmat muzeyinə baxıb.

Daha sonra F.Qayıbov V.Həşimovun ailə üzvləri ilə görüşüb. Mərhum qrossmeysterin atası Qasım Həşimov akademiyanın yaranması, fəaliyyəti, uğurları barədə ətraflı məlumat verib, akademiyanın gələcək planları, çətinlikləri barədə fikir mübadiləsi aparılıb.

Sonda nazir 17-24 sentyabrda Şimali Makedoniyada keçiriləcək şahmat üzrə klublararası Avropa kubokunda Azərbaycanın yeganə təmsilçisi olacaq Vüqar Həşimov Şahmat Akademiyasının komandasına uğurlar arzulayıb, akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qeydiyyata aldığı ilk Azərbaycan Şahmat Akademiyasıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30