29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Hacı Əliyev: "Finalda mənə qarşı hakim qərəzi var idi"

"Çox sevinirəm ki, olimpiadanın gümüş medalını qazandım. Sözsüz, "qızıl"a çox az qalmışdı. Şükürlər olsun ki, medalsız qayıtmadım".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumataa görə, bu fikirləri Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan güləşçisi Hacı Əliyev (65 kq) Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

3 qat dünya və 3 qat Avropa çempionu ona dəstək verən insanlara minnətdarlığını bildirib: "Allah hamıdan razı olsun. "Bu uğurlarımda çox insanın payı var. Hamısına təşəkkür edirəm.

30 yaşlı idmançı final görüşündə hakim qərəzinin olduğunu söyləyib: "Əlbəttə, belə bir şey var idi. Hamı gördü ki, orada bir az haqsızlıq oldu. bu barədə yaxın vaxtlarda geniş danışacağıq".

Əliyev 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Oyunlarda iştirakının sual altında olduğunu vurğulayıb: "Bir az istirahət etdikdən sonra tam qərar verəcəyəm. Tokio olimpiadasındakı qələbə münasibətilə xalqımızı təbrik edirəm. Bu, hamımızın zəfəridir".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31