9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Millimizin baş məşqçisi: "İstefaya göndərilməyim qanunauyğunluqdur"

"Yerli iqliminə uyğunlaşmaq üçün Tokioya olimpiadanın startına 12 gün qalmış getdik. Keçmiş təcrübəmizə əsasən bu addımı atmışdıq. Adaptasiya dövründə cüdoçuları yaxşı fiziki formada saxladıq və yarışdan öncə psixoloji durumu gərginləşdirmədik. Lakin Oyunlar başladıqdan sonra stress artdı. Həm idmançılar, həm də məşqçilər böyük məsuliyyət yükü hiss etdilər".

Futbolxeber.az saytının məlumatına görə, bunu cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ruslan Maşurenko Ukrayna mətbuatına müsahibəsində Tokio-2020 Yay Olimpiya Oyunlarındakı nəticələr barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis bildirib ki, cüdo Azərbaycan üçün prioritet idman növlərindən biridir: "Bəzən fanatik dəstək böyük təzyiq kimi qəbul edilməyə meyillidir. Bu isə starta yaxın həyəcanı artırdı və bir qədər uğursuzluq gətirdi. İndi bir az sakitləşib, səbəbləri daha dərindən təhlil etmək, səhvlərdən nəticə çıxarmaq və bunları təkrarlamamaq lazımdır. Tənqidi düşüncə və işə münasibət, ayıq analiz məşqçilik uğurunun əsasını təşkil edir. Bu səbəbdən səhvlər üzərində çox işləməliyik".

Tokio olimpiadasından sonra istefaya göndərilən Maşurenko bunun qanunauyğunluq olduğunu söyləyib: "Hamımız - həm məşqçilər korpusu, həm də idmançılar işimizə can qoyduq. Bununla belə, medalsız qaldıq və bu, həqiqət qəbul edilməlidir. Federasiyası hazırlıq üçün bizə hər bir şəraiti yaratmışdı. Heç nəyə ehtiyacımız yox idi. Hər şey cüdoda qabaqcıl ölkələr olan Yaponiya, Fransa və Rusiya səviyyəsində idi. Bu qayğı qazandığımız nəticələrdə özünü göstərdi. Komandamız bütün beynəlxalq yarışlarda medallar qazandı. Tokioda isə sadəcə, bəxtimiz gətirmədi".

Qeyd edək ki, Tokio olimpiadasına tam heyətlə - 9 kişi cüdoçu ilə qatılan Azərbaycan yığması yarışı bir medalla başa vurub. İrina Kindzerska (+78 kq) bürünc medal əldə edib ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30