9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Tokio-2020: Rafael Ağayevin rəqibləri müəyyənləşdi

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışlarının püşkü atılıb.

Fubtolxeber.az saytının məlumatına görə, sabah start götürəcək turnirdə Azərbaycan karateçilərinin də rəqibləri bəlli olub.

Beşqat dünya və onqat Avropa çempionumuz Rafael Ağayev (75 kq) Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) birlikdə B qrupunda mübarizə aparacaq.

Ağayevin əsas rəqibi Luici Busa sayılır. O, ikiqat dünya, altıqat Avropa çempionudur. Ağayev 2015-ci ildə Bakıdakı Avropa Oyunlarının finalında Busaya qalib gəlib. Digər rəqib Noa Biç Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Çuneari Yahiro isə Dünya Oyunlarının bürünc mükafatçısıdır. Nurkanat Ajiqanov isə yeniyetmələr arasında Asiya oyunlarının gümüş mükafatını qazanıb.

Rafael Ağayev avqustun 7-də mübarizə aparacaq.

Qeyd edək ki, iki qrupdan ibarət olan yarışların hər qrupunda 5 karateçi mübarizə aparacaq. Reqlamentə əsasən ilk iki yeri tutacaq idmançılar yarımfinala yüksələcək. Qrup birinciləri yarımfinalda ikincilərlə üz-üzə gələcək. Finala gedən yolda uduzan idmançılar isə bürünc medala sahib olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30