7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Digər idman növləri

Orucov "bürünc"ü də əldən verdi

Azərbaycan cüdoçusu, milli komandamızın bayraqdarı Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla qarşlaşıb. Vazari ilə qalib gələn Rüstəm Orucov 1/8 finala yüksəlib.

O, bu mərhələdə Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Orucov bu qarşılaşmada da vazari ilə qələbə qazanaraq 1/4 finala adlayıb.

Bu mərhələdə cüdoçumuz Yaponiya idmançısı, Rio-2016 Olimpiya Oyunlarının qalibi, 6 qat dünya çempionu olan Ono Şohei ilə üz-üzə gəlib.

Rio-2016-nın və 2019-cu il dünya çempionatının finalında olduğu kimi, Orucov bu dəfə də 6 ildir məğlubiyyətin nə oduğunu bilməyən Onoya uduzub.

Nəticədə Orucov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuzun ilk rəqibi Kosovo idmançısı Akil Gjakova olub. Rəqibini vazari ilə üstələyən cüdoçumuz bürünc medal şansını davam etdirib. Medal qazanmaq üçün Rüstəm Orucon son görüşündə qələbə qazanmalı idi.

Lakin bürünc medal uğrunda həlledici görüşdə cənubi koreyalı An Çanq Rim qələbə qazanmaqla bayraqdarımızı medalsız qoyub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30