29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Cüdoçularımız olimpiadaya Bakıda hazırlaşırlar

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandasının üzvləri Bakıda təlim-məşq toplanışını davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, iyunun ortalarından əvvəlcə Şahdağ, sonra isə Bakıda keçirilən hazırlıq prosesini Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də yaxından izləyir.

Cüdoçular dəniz kənarında, eləcə də Şağandakı Olimpiya İdman Kompleksində məşq edərək fiziki və taktiki hazırlıqlarını yüksəldirlər. Millinin toplanışında bütün aparıcı cüdoçular iştirak edirlər. Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66), Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) baş məşqçi Ruslan Maşurenko ilə böyük məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirirlər.

Qeyd edək ki, cüdo üzrə milli komanda Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır. Cüdoçular 1-10 iyulda Xorvatiyanın Poreç şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar. Oyunlar 23 iyul-8 avqustda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31