9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Həsrət Cəfərov bürünc medal qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.
 
Futbolxeber.az saytının məlumatına görə, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Həsrət Cəfərov ilk mərhələdən rumıniyalı rəqibinə qalib gəlib. Gürcüstan pəhləvanını sonuncu xal prinsipinə əsasən sıradan çıxaran həmyerlimiz yarımfinalda Macarıstan idmançısına minimal fərqlə uduzub.
 
Rəqib yarımfinaladək heç bir görüş keçirmədiyi üçün, yəni Fransa və Avstriya güləşçiləri xalça üzərinə çıxmadığı üçün Həsrət birbaşa Avropa üçüncüsü ünvanını qazanıb.
 
Xasay Həsənli Avropa çempionatına İsveçrə güləşçisi üzərində qazandığı inamlı qələbəylə start verib. Ancaq daha sonra böyüklər arasında Avropa ikincisi olmuş erməni rəqibinə məğlub olub. Gənc güləşçimiz təsəlliverici görüşdə isə gürcü həmkarıyla bacarmayıb.
 
67 kq
 
1/8 final: Həsrət Cəfərov – Vasile Aleksandru Dosoftey (Rumıniya) 4:1
1/4 final: Həsrət Cəfərov - Joni Xetsuriani (Gürcüstan) *1:1
1/2 final: Həsrət Cəfərov - Kriştian İştvan Vança (Macarıstan) 3:4
Bürünc medal görüşü: Həsrət Cəfərov - Qakik Snjoyan (Fransa) +:-
 
72 kq
 
1/8 final: Xasay Həsənli – Mixael Portman (İsveçrə) 8:0
1/4 final: Xasay Həsənli - Malxas Amoyan (Ermənistan) 0:7
Təsəlliverici görüş: Xasay Həsənli - Otar Abuladze (Gürcüstan) 1:5



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30