9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Zaur Əliyev Avropa çempionu oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
 
Futbolxeber.az saytının məlumatına görə,  beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
 
Mübarizəyə 1/4 finaldan qoşulan Zaur Əliyev Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanıyla ağır mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Əliyev adını finala yazdırıb. Zaur Əliyev həlledici görüşdə Türkiyə təmsilçisiylə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada əzmkar qələbə qazanan həmyerlimiz Avropa çempionu olub.
 
Digər güləşçimiz Zaur Nuriyev debütdə Rumıniya güləşçisinə məğlub olub.
 
Laçın Vəliyev ilk mərhələdə Polşadan olan rəqibini üstələyib. Ancaq daha sonra Rusiya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün Laçın mayın 22-də təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Vəliyev Yunanıstan güləşçisinə qalib gəlsə, macar həmkarına uduzub.
 
Sərxan Məmmədov ilk görüşdə Serbiya idmançısına minimal hesabla qalib gəlib. Ancaq daha sonra İsveçrə təmsilçisiylə bacarmayıb.
 
55 kq
1/4 final: Zaur Əliyev – Denis Florin Mihay (Rumıniya) 4:1
1/2 final: Zaur Əliyev - Mövlud Rizmanov (Rusiya) *3:3
FİNAL: Zaur Əliyev - Adem Burak Uzun (Türkiyə) *3:3
 
63 kq
1/8 final: Zaur Nuriyev – Aleksandru Trandafir (Rumıniya) 4:6
 
87 kq
Təsnifat: Laçın Vəliyev – Şimon Şimonoviç (Polşa) 5:3
1/8 final: Laçın Vəliyev - Aleksandr Komarov (Rusiya) 0:8
Təsəlliverici görüş: Laçın Vəliyev - İlias Paqkalidis (Yunanıstan) 3:1
Təsəlliverici görüş: Laçın Vəliyev - İştvan Takaç (Macarıstan) 0:2
 
130 kq
1/8 final: Sərxan Məmmədov – Vladan Jivkoviç (Serbiya) 4:3
1/4 final: Sərxan Məmmədov - Delian Hüseyn Alişahi (İsveçrə) 4:6
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30