9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Milli Paralimpiya Komitəsinin prezidenti lisenziya qazanmış idmançıları qəbul edib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov parataekvando üzrə Avropa Təsnifat Turnirində iştirak edən paralimpiyaçıları qəbul edib.
 
Futbolxəbər.az saytının məlumatına görə, görüşdə MPK-nın baş katibi Kamal Məmmədov, parataekvando üzrə milli komandanın baş məşqçisi Fərid Tağızadə komandanın digər üzvləri iştirak ediblər.
 
Tədbiri açan MPK prezidenti İlqar Rəhimov yarışların uğurlu olduğunu və bu yarışlarda “Tokio 2020” Yay Paralimpiya Oyunlarına 4 lisenziya qazanıldığını qeyd edib. Bununla belə İlqar Rəhimov qeyd edib ki, parataekvando komandası daha da əzmlə çalışmalı və növbəti yarışlarda daha yaxşı nəticələr əldə etməlidir. “Qarşıdakı əsas hədəf “Tokio 2020” Paralimpiya Oyunlarıdır. Bu oyunlara cəmi 3 ay vaxt qalıb.
 
Bu vaxt ərzində var qüvvənizlə məşq etməli və ümidləri doğrultmalısınız” deyə əlavə edib. Komandanın baş məşqçisi Fərid Tağızadə yarışların gərgin mübarizə şəraitində keçdiyini, bununla belə, qarşıya qoyulan əsas hədəfə - “Tokio 2020”yə lisenziyalar qazanmağa nail olunduğunu qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30