29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Hikaru Nakamura: "Şəhriyar Məmmədyarov iti düşüncəlidir"

"Olduqca xoşbəxtəm. Səhv etmirəmsə, 4 aydan sonra ilk dəfədir ki, 1/4 finalda qələbə qazandım".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Çempionlar Turunun "New In Chess" adlı V raundunun yarımfinal mərhələsində Şəhriyar Məmmədyarova rəqib olan ABŞ şahmatçısı Hikaru Nakamura yarışın rəsmi saytına açıqlamasında deyib.

34 yaşlı qrossmeyster uzun müddətdən sonra yarımfinala vəsiqə qazandığını vurğulayıb. O, Məmmədyarovla deulin çox həyacanlı olacağını söyləyib: "Şəhriyar taktiki baxımdan həddindən artıq iti düşüncəlidir. 1/4 final mərhələsində layiqli qələbə qazanıb".

Məmmədyarov isə qələbə təəssüratlarını qısaca bölüşüb: "Çempionlar Turunda ilk dəfə yarımfinala vəsiqə qazandım. Təbii ki, bu, yaxşı nəticədir".

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk qarşılaşmaları bu gün keçiriləcək ("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31