9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Çempionlar Turu: Şah ilk yarımfinal görüşünü keçirəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün ilk yarımfinal görüşlərini keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, 36 yaşlı qrossmeyster bu raundda ABŞ təmsilçisi Hikaru Nakamura ilə görüşəcək.

Məmmədyarov 1/4 final mərhələsində Alireza Firuzcanı (FIDE), Nakamura isə Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdırıb.

Yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Çempionlar Turu: "New In Chess"

1/2 final

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ)

Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan)

Qeyd edək ki, ümumi mükafat fondu 100000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30000 ABŞ dolları qazanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30