29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Çempionlar Turu: Rəcəbov və Məmmədyarov yenidən iştirakçılar sırasında

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsinin iştirakçı şahmatçılarının adları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, turnirdə Azərbaycanı IV raundda olduğu kimi, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcək.

"New In Chess" adlı V mərhələdə də 16 şahmatçı olacaq. Yarış İddiaçılar Turniri ilə eyni vaxta düşdüyü üçün siyahıya aparıcı qrossmeysterlərin əvəzinə bir neçə yeni şahmatçı daxil edilib.

Çempionlar Turunun IV mərhələsinin bütün iştirakçıları: Maqnus Karlsen, Aryan Tari, Yohan-Sebastyan Kristiansen (hər üçü Norveç), Uesli So, Hikaru Nakamura, Lenyer Dominges (hər üçü ABŞ), Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov (hər ikisi AZƏRBAYCAN), Rameşbabu Praqqnanandha, Vidit Qucrati (hər ikisi Hindistan), Levon Aronyan (Ermənistan), Alireza Firuzca (FIDE), Sergey Karyakin (Rusiya), Yan Kşiştof Duda (Polşa), Le Kuanq Lyem (Vyetnam), Qaveyn Cons (Böyük Britaniya).

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dolları olacaq. Qalib 30 000 dollar qazanacaq.

Qeyd edək ki, aprelin 24-də start götürəcək yarış mayın 2-də başa çatacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31