8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

FİDE-nin yeni reytinqi: Məmmədyarov və Rəcəbovun mövqeyi dəyişmədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, Teymur Rəcəbov isə 2765 xalla 10-cu pillədəki mövqeyini qoruyub.

Qədir Hüseynov (2665) bir pillə geriləyərək 73-cü olub. 72-cı sırada olan Nicat Abbasov (2664) 3 pillə irəliləyib. Rauf Məmmədovun (2654) isə mövqeyində dəyişiklik olmayıb - 90.

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə irəliləyərək 2443 xalla 28-cidir. 1 pillə irəliləyən Gülnar Məmmədova 2382 xalla 78-ci sıradadır. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədə qalıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30