9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Məmmədyarov Aronyanı məğlub etdi

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsində ilk görüşlərini keçiriblər.

Futbolxeber.az saytının məlumatına görə, Məmmədyarov “Magnus Carlsen İnvitational” adlanan yarışın 1-ci turunda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini 27-ci gedişdə qalib gəlib

Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə bərabərə qalıb.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 min, finalçı 40 min, 3-cü yerin sahibi isə 25 min ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30