29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Teymurun qazancı bəlli oldu

Şahmat millimizin üzvü Teymur Rəcəbovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan 3-cü mərhələsindəki qazancı bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, Fransa şahmatçısı Maksim Vaşye-Laqravaya qalib gələrək turnirdə 3-cü yeri tutan 34 yaşlı qrossmeysterimiz 8 min 500 ABŞ dolları qazanıb.

Yarışın qalibi ABŞ təmsilçisi Uesli So 30 min dollar, ikinci yeri tutan norveçli Maqnus Karlsen isə öz turnirindən 15 min dollar əldə edib.

"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 min ABŞ dollar idi.

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun "Airthings Masters" adlı II mərhələsinin qalibi kimi 60 min dollar qazanmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31