9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Millimiz Türkiyədə toplanışa başladı

Azərbaycanın şose velosipedi üzrə elit, U-23 və gənclərdən ibarət yığma komandaları Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyənin Alanya bölgəsinə yola düşüb.

Futbolxeber.az saytına Azərbaycan Velosiped Federasiyasından verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında fevralın 5-dək davam edəcək hazırlıq prosesinə 10 idmançı qatılıb.

Toplanışın ardından komanda üzvləri fevralın 22-dək Alanya və Antalya bölgələrində təşkil ediləcək müxtəlif kateqoriyalı beynəlxalq yarışlarda iştirak edəcəklər. Elit yığmanın üzvü, Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov da Türkiyənin “Salcano Sakarya” kontinental klubunun heyətində Alanyada hazırlıq prosesinə qatılıb.

Vahid idman təqvim planına əsasən, 2021-ci ildə yığma komanda üzvləri Tokio olimpiadası, Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları, həmçinin Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında təşkil olunacaq xeyli nüfuzlu beynəlxalq yarışda mübarizə aparmalıdır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30