7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Digər idman növləri

Orxan Səfərov Avropa çempionu oldu

Praqada cüdo üzrə Avropa çempionatı start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü tatami üzərinə çıxıb.

66 kq çəkidə mübarizə aparan Orxan Səfərov 1/16 finalda Manuel Lombardo (İtaliya), 1/8 finalda Matej Polyak (Slovakiya), 1/4 finalda Sebastyan Seydl (Almaniya) üzərində qələbə qazanıb. Finala gedən yolda serbiyalı Strahinya Bunçiçə qalib gələn idmançımız həlledici qarşılaşmada da İsrail cüdoçusu Tal Flikeri üstələyərək Avropa çempionu olub. Azərbaycan cüdoçusunun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, dövlət himnimiz səsləndirilib.

Nicat Şıxəlizadə 1/16 finalda moldovalı Vadim Buneskuya qalib gəlib. Təmsilçimiz fransalı Killian Le Bluxa uduzaraq növbəti mərhələdə dayanıb.

Qadın cüdoçularımız Aişə Qurbanlı, Leyla Əliyeva, Gültac Məmmədəliyeva və Aleksandra-Larisa Florian isə ilk görüşündəcə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, mötəbər yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayır. Qitə çempionatına noyabrın 21-də yekun vurulacaq.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30