29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Yeni reytinq: Şəhriyar gerilədi, Teymur mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, ilk "10-luq"da iki təmsilçimiz yer alıb.

Şəhriyar Məmmədyarov ötən reytinqlə müqayisədə 1 pillə geriləyərək 8-ci sıraya düşüb. Onun aktivində 2770 reytinq xalı var.

2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdəki mövqeyini qoruyub.

Digər təmsilçilərimizdən Nicat Abbasov 2668 xalla 3 pillə irəliləyərək, 72-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2665 xalla 75-ci, 2654 xalı olan Rauf Məmmədov isə 95-ci sırada qərarlaşıb. Onların hər ikisi 2 pillə geriləyib.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. Əslən İtaliyadan olan ABŞ təmsilçisi Fabiano Karuana 2823 xalla 2-ci, çinli Dinq Liren 2791 xalla 3-cüdür.

Qadınlardan sıralamasında 2443 xalı olan Günay Məmmədzadə 28-ci sıradan 31-ci mövqeyə geriləyib. 2382 xala malik Gülnar Məmmədova 7 pillə geriləyərək 80-ci sırada yer alıb. 2376 xalı olan Xanım Balacayeva da eyni sayda gerilmə ilə 89-cu yerə enib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31