9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Azərbaycan Avropa çempionatı üçün namizədliyini irəli sürüb

Avropa Karate Federasiyası (EKF) rəhbərliyinin təşkilatçılığı və qitənin 30-dan artıq milli karate federasiyası rəsmilərinin iştirakı ilə növbəti videokonfrans keçirilib.

Futbolxeber.az-ın Azərbaycan Karate Federasiyasının (AMKF) rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə qlobal pandemiya şəraitinin karatenin inkişafına mənfi təsirlərini azaltmaq və qarşıda nəzərdə tutulan yarışlarla bağlı müzakirələr aparılıb.

Dünya Karate Federasiyası (WKF) və EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə videoknfransa qitə təşkilatının İcraiyyə Komitəsinin üzvləri, o cümlədən AMKF-in prezidenti Yaşar Bəşirov, Hakimlər Komitəsi və Təşkilatın Komitəsinin rəsmiləri qatılıb. Pandemiyanın Avropa ölkələrində geniş yayılması səbəbindən 2021-ci ilin ilk yarısına nəzərdə tutulan qitə çempionatlarının keçirilməsinə də federasiya rəsmiləri münasibət bildirib.

2021-ci ilin fevralında Finlandiyanın Tampere şəhərində nəzərdə tutulan yeniyetmə və gənclər arasında Avropa çempionatı İcraiyyə Komitəsinin qərarı ilə avqust ayına keçirilib. Qitə çempionatında yaşları həmin tarixlərə uyğun gələn idmançılar iştirak edəcəklər.

2021-ci liin mayında İsveçin Geteborq şəhərində planlaşdırılan olimpiya lisenziyalı Avropa çempionatına aid müzakirələrdə, təşkilatçı ölkənin rəsmiləri yarışın keçirilməsi ilə bağlı bir sıra çətinliklərin yarandığını bildirib. Y.Bəşirov isə çıxışında qeyd edib ki, Azərbaycan bu məsul yarışı keçirməyə hazırdır.

Federasiya prezidentinin təklifini dərhal 10 ölkənin rəsmiləri dəstəkləyib. Qarşıdakı Avropa çempionatının keçirilmə yeri ilə bağlı yekun qərar yaxın zamanlarda veriləcək

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30