9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Elnur Məmmədli: "Olimpiya çempionluğu bazarda satılmır ki, alaq"

"Gələcəkdə veteran cüdoçuların dünya və ya Avropa çempionatlarında iştirak edə bilərəm. Hələlik buna yaşım çatmır".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli Gənclər və İdman Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

O bildirib ki, pandemiya dövründə belə idmansız qalmayıb və mütəmadi olaraq məşq edib: "İdmana davam edirik, idmansız qalmırıq. Günümüzü elə keçiririk ki, boş vaxtımız olmur. Çalışıram ki, ingilis dilini təkmilləşdirim. Bu dili bilirəm, amma daha mükəmməl etmək istəyirəm. Bütün dünya bu dildən istifadə edir".

Məmmədli "Azərbaycanda niyə 2 və ya 3 qat olimpiya çempionu yoxdur" sualına belə cavab verib: "Qismətdən çox şey asılıdır. Olimpiadada iştirak etmək, olimpiya çempionu olmaq elə də asan deyil. Bir dəfə çempion olmuşam, qismət belədir. Bəziləri zədə ucbatından ikincini gerçəkləşdirə bilməyib. Güləşçimiz Fərid Mansurov 2008-ci ildə qızdırmalı idi, məndə isə çempion olandan sonra zədə olmuşdu. Olimpiya çempionluğu bazarda satılmır ki, alaq".

Titullu idmançı pandemiya dövründə cüdoda maketlərdən istifadənin faydalı olmayacağını sözlərinə əlavə edib: "Maket canlı idmançını əvəz edə bilməz. Cüdoda qarşında idmançı olmalıdır, pandemiya təkcə Azərbaycanda yox, bütün dünyada qlobal məsələdir. Ölkəmizdə pandemiyanın qarşısı müəyyən qədər alınır". 

Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olub (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30