9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Naxçıvan çempionatına yekun vuruldu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Uzunoba gölü ətrafındakı çimərlik futbol meydançasında keçirilən çempionatın həlledici qarşılaşmasında “Naxçıvan Dövlət Universiteti” komandası ilə “Badamlı” komandası üz-üzə gəlib. Çempionat ərzində hər iki komandanın keçirdikləri bütün görüşləri qələbə ilə başa vurmaları oyunun gərgin keçəcəyindən xəbər verirdi. İlk 12 dəqiqəsi qolsuz başa çatan görüşün ikinci hissəsində üstünlüyü ələ alan tələbələr rəqibi ardıcıl olaraq 3 dəfə mərkəzə dəvət etdilər. Son hissədə rəqibin bir qoluna iki qolla cavab verən “Badamlı” komandası oyunda dönüş yarada bilmədi. Nəticədə 4:2 hesabı ilə qələbə qazanan universitetin komandası ilk dəfə təşkil olunan çimərlik futbolu üzrə muxtar respublika çempionatının qalibi olub.

Görüşdən sonra ilk olaraq, ötən mövsüm Naxçıvan Futzal Liqasının qalibi olan komandalar mükafatlandırılıb. Liqanın qalibi olan “Nəqşicahan” komandasına kubok və plaket təqdim olunub. “Badamlı” komandası liqanın gümüş, “Panter” komandası isə bürünc mükafatçısı olub.

Çimərlik futbolu üzrə Naxçıvan Muxtar Respublika çempionatının qalibi olan NDU komandası kubok və plaketlə mükafatlandırılıb. Final görüşündə məğlub olan “Badamlı” komandası ikinci, “Panter” komandası isə çimərlik futbol çempionatını üçüncü pillədə başa vurublar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30