29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

"Azərbaycan millisi ən yaxşı heyətini sifariş edib"

"Olimpiada üçün 160-dan çox ölkə müraciət edib. Beləliklə, son rəqəm gözləntilərimizə uyğundur".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç "Kommersant"a müsahibəsində Ümumdünya Şahmat Olimpiadası barədə danışarkən deyib.

Funksioner əvvəlki yarışa nisbətən onlayn Olimpiadaya qatılanların sayının az olduğunu etiraf edib. Dvorkoviç bunu bir neçə amillə əlaqələndirib: "Əvvəlcə hazırlıq üçün çox vaxt yox idi. Bir neçə həftə əvvəl onlayn yarış keçirməyə qərar verdik. Bəzi ölkələrdə isə oyunçu sarıdan çətinliklər var. Bəzi yerlərdə tədris ili təxirə salındı və gənc şahmatçılar dərslərə yükləndilər. Digərlərində isə koronavirus səbəbindən ciddi məhdudiyyətlər var. Məsələn, Kabildə epidemioloju vəziyyətə görə şahmatçıların çıxışlarını təmin etməyin mümkün olmadığını öyrəndik".

FİDE-nin rəhbəri aparıcı komandaların heyətlərini dəyərləndirərkən, Azərbaycan millisi haqqında da danışıb: "Çin, Hindistan, Azərbaycan, Ermənistan və digər milli komandalar ən yaxşı heyət sifariş ediblər. Heyəti daha zəif olanlar da var, ancaq hər halda rəqabət yüksək olacaq".

Qeyd edək ki, avqustun 22-də start götürəcək yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək. Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq. Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31