9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Digər idman növləri

Azərbaycandakı yarış ləğv edilir, Rusiya və İtaliyada iki Qran-pri keçiriləcək

"Formula 1" üzrə dünya çempionatının 2020-ci il mövsümü üçün indiyəqədərki ən çətin təqvim hazırlanır.

Futbolxeber.az saytının məlumatına görə, bəzi Qran-prilərin taleyi qeyri-müəyyən olaraq qalır və onların ləğv ediləcəyi istisna deyil. Bunun üçün yeni həll yolları nəzərdən keçirilməlidir.

Nəşr bildirir ki, həll yollarından biri Rusiyanın Soçi şəhərində iki yarışın keçirilməsidir. Rusiya tərəfi buna hazır olduğunu və iki mərhələyə ev sahibliyi etmək fikrini qəbul etdiklərini vurğulayıb. Artıq Soçidə infrastruktur hazırlanır. Yarışın keçiriləcəyi avtodroma yaxın çoxlu otel var. Bu səbəbdən, bütün komandaların əməkdaşlarının sosial məsafəni qorumaq işi asanlaşacaq.

İtaliya Montsadan əlavə başqa bir yarış da keçirmək niyyətindədir və buna hazır olduğunu söyləyib. Almaniya Qran-prisinin də təqvimə əlavə edilməsi gündəmdədir.

Digər tərəfdən, Kanada, Azərbaycan və Sinqapurdakı yarışların şəhər trasında keçirilməsi səbəbindən ləğvi gündəmdədir.

Qeyd edək ki, "Formula 1" üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvim açıqlanıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5-7 iyunda keçirilməli idi ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30