9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Digər idman növləri

Məşhur futbolçular Azərbaycan Qran-Prisində

İyunun 7-də Bakı şəhər halqasında virtual Formula 1 Azərbaycan Qran-Prisi keçiriləcək.

Futbolxeber.az saytının "Azərtac"a istinadən verdiyi məlumata görə, Serxio Peres və Pyer Qaslinin virtual dünya çempionatında debütü məhz Azərbaycan Qran-Prisinə təsadüf edəcək. Onlarla yanaşı, yürüşdə Aleks Albon, Antonio Covinatsi, Nikolas Latifi, Şarl Lekler və Lando Norris güclərini sınayacaqlar. Həmçinin, Dakar rallisinin sabiq çempionu Mattias Valkner da iştirakçılar arasında yer alacaq.

Qran-Pridə “Mançester Siti”nin müdafiəçisi Emerik Laporte, “Milan”ın qapıçısı Canluici Donnarumma, “Real"ın qapıçısı Tibo Kurtua da birincilik uğrunda yarışacaq.

Yarış Formula 1-in “YuTub”, “Tvitç”, “Feysbuk”, həmçinin, tərəfdaş telekanallar vasitəsilə yayımlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30