29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Azərbaycan çempionatı ləğv olundu

Bu gün Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatı ilə bağlı qərarını verib.

Futbolxeber.az saytının qurumun rəsmi Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, AVF Super Liqa, Yüksək Liqa və I Liqanın bərpa olunmamasını məqsədəuyğun hesab edib.

Nəticədə koronavirusa görə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, martın 14-dən dayandırılan yarışlar davam etdirilməyəcək və 2019/2020 mövsümün oynanılmış qarşılaşmaları ləğv olunub. Bu da matç sayının eyni olmaması və təxirə salınmış oyunların olması səbəbindən irəli gəlib. Yekun qərara əsasən, klublara heç bir mükafat verilməyəcək.

Digər qərara görə isə 2020/2021 mövsümündə Azərbaycanı avrokubokda təmsil edəcək komanda müəyyənləşib. AVF qadınlardan ibarət “Azərreyl”in Çağırış kubokunda oynamasını məqsədəuyğun sayıb.

Federasiya rəhbərliyi, həmçinin, legionerlərlə bağlı tövsiyəsini də klubların diqqətinə çatdırıb. Bildirilib ki, əcnəbilərdən Bakıda yalnız “Azərreyl”in seneqallı voleybolçusu qalıb və onun üçün lazımi şərait yaradılıb.

Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsi tapşırılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31