9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Bakıdakı dünya çempionatında unikal hadisə baş verib

2011-ci ildə Bakıda keçirilmiş boks üzrə dünya çempionatında unikal hadisə baş verib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ukrayna millisinin sabiq üzvü Vasili Lomaçenko pravoslav inancından bəhs edən "Salam, qardaşım Xristos Voskres" filmində açıqlama verib. Həmin vaxt 60 kq çəki dərəcəsində çıxış etmiş dəri əlcək sahibi etirazlarının qəbul olunmasını boks tarixində ilk və yeganə hal kimi dəyərləndirib.

Lomaçenko 1/8 finalda braziliyalı Robson Konseysao ilə görüşündə hakim ədalətsizliyi ilə üzləşdiyini bildirib: "Bu, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli döyüş idi. Görüşün qalibi olimpiadaya lisenziya qazanacaqdı. "Təkqapı" oynayaraq, braziliyalı rəqibimi nokdauna salsam da, rinq hakimi mənim əlimi qaldırmadı. Bundan çox məyus oldum, ağladım. Dərhal peşəkar boksa keçməyə qərar verdim. Bildirdim ki, növbəti lisenziya turnirinə yollanmaq, olimpiadada iştirak etmək istəmirəm".

Ukraynalı boksçunun sözlərinə görə, həmin vaxt daim qulaqcıqla gəzən atası dualar dinləyib və paltardəyişmə otağında "pleyer"i onun özünə də verib. Lomaçenko dualara qulaq asa-asa Allahdan kömək istədiyini, komanda rəhbərliyinin isə etiraz yazmağa getdiklərini bildirib: "Bu anadək həvəskar boks tarixində heç bir protest təmin olunmamışdı. Bütün etirazlara rədd cavabı verilmişdi. Biz otelə gəldik, otaqda qərarı gözlədik. Nəyə görəsə hər şey uzun sürdü".

Tanınmış boksçu işə Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti, şüvüllə tullanma üzrə olimpiya çempionu Sergey Bubkanın qarışdığını açıqlayıb. Lomaçenko elə həmin axşam qərarın dəyişdirildiyini və olimpiadaya lisenziya qazandığını xatırladıb: "Hazırkı anadək bu, həvəskar boksda etirazın təmin olunduğu ilk və yeganə haldır".

Qeyd edək ki, Vasili Lomaçenko Bakıdakı dünya çempionatında növbəti döyüşlərindən də qalib ayrılaraq, qızıl medal qazanıb ("Report"). 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30