29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Azərbaycan Qran-prisi üçün ən ideal variant açıqlandı

"Biz Azərbaycan hökuməti, "Formula 1" şirkəti və səhmdarlarla sıx təmasdayıq. Yarışımızın ilin sonlarında baş tutmasını istəyirik. Amma aydın məsələdir ki, istəyimiz koronavirus pandemiyası ilə bağlı vəziyyət aydınlaşmayanadək gerçəkləşməyəcək".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "MotorsportWeek.com"a müsahibəsində deyib. Azərbaycan Qran-prisinin promouteri bildirib ki, Bakı mərhələsinin oktyabrın ortalarından sonraya təxirə salınmaması ilə bağlı "Formula 1" rəhbərliyi ilə razılıq əldə olunub.

O, azarkeşlərin qayğısına qalaraq, onların təcrübələrini dəyərləndirdiklərini vurğulayıb: "Bu səbəbdən, istəyirik ki, tamaşaçılar Bakıdakı yarış həftəsonunun gözəl ab-havasından zövq ala bilsinlər".

Rəhimov fikirlərini infrastrukturun böyük hissəsinin yayda qurulması ilə əlaqələndirib. Küçələrdəki hərəkətin çətinlikləri artırdığını xatırladan icraçı direktor məktəblərin açılacağı 15 sentyabradək Qran-prinin təşkilini ideal variant adlandırıb.

Hazırda Avstriya və Böyük Britaniyada hərəyə iki mərhələnin keçirilmə variantı da planlaşdırılır. Lakin Azərbaycan Qran-prisinin promouteri Bakıda belə üsulun tətbiqinə müsbət yanaşmayıb: "Bu, sakinlərimizə böyük narahatlıq gətirəcək. Çünki tras düz şəhərin mərkəzindədir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31