8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Natalya Məmmədova: "Azərbaycanda məni heç kim gözləmir"

"Hazırda nə oyun var, nə də məşq. Karantin günlərini adi qaydada keçiririk".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq voleybolçusu Nataliya Məmmədova deyib.

36 yaşlı oyunçu İndoneziyada "Cakarta" klubu ilə müntəzəm çempionatın qalibi olduqdan sonra ölkəni koronavirus pandemiyasına görə tərk edə bilmədiyini söyləyib. O, uçuşlar bərpa olunduqda Azərbaycana qayıtmayacağını söyləyib: "Bakıda yaşamıram, məni orada heç kim gözləmir, ailəm yoxdur. Ona görə də Azərbaycana qayıtmayacağam".

Ukrayna əsilli voleybolçu tarixi vətəninə də dönməyəcəyini vurğulayıb: "Komanda yoldaşım Odina Əliyeva və baş məşqçi Ziya Rəcəbov Bakıya uçuşların açılmasını gözləyirlər. Hələlik burada yaşayacağam. Çünki hazırda başqa ölkəyə uçuş imkanım yoxdur. Uçuşun nə vaxt olacağını da bilmirəm".

Qeyd edək ki, Nataliya Məmmədova 2004 - 2017-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30