9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Gənclər və İdman Nazirliyi ilə MOK birgə bəyanat yaydı

Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə Bəyanat yayıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan müstəqilliyi dövründə Olimpiya oyunlarında daim fəal iştirak edən və nəticə etibarı ilə ön sıralarda yer almış ölkələrdəndir. İdmançılarımızın oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim xüsusi proqram əsasında aparılıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, oyunların 2021-ci ildə (ay dəqiq deyil) keçirilməsi ilə bağlı aşağıdakı tədbirlər həyata keçiriləcək:

- oyunların başlanmasına qalan 1 il ərzində hazırlığın öncədən işlənilmiş sistem əsasında aparılması;

- 2020-ci ildə hazırlığın ən yüksək pilləsinə çatmış idmançıların 2021-ci ilə kimi formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi;

- federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması;

- gənc və perspektivli idmançılarla işin gücləndirilməsi;

- karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildiyindən sonra xüsusi şəraitdə, nəzarət altında təlim məşq toplantılarının davam etdirilməsi.

Qeyd edək ki, Yaponiyanın Baş naziri Sindzo Abe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bütün dünyanı cənginə almış koronavirusun (Covid - 19) yarada biləcəyi təhlükə ilə bağlı Tokio 2020 Yay Olimpiya oyunlarının növbəti, 2021-ci ilə keçirilməsi barədə təklif irəli sürüb və qarşı tərəfdən müsbət cavab alıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30