8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Boksçularımızın qatıldığı Olimpiya Təsnifat Turniri yarımçıq dayandırıldı

 

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turniri dayandırılıb.

Futbolxeber.az saytının məlumatına görə, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən yarış may ayınadək təxirə salınıb. Hazırda davam edən axşam sessiyasından sonra turnir rəsmən bağlı elan olunacaq.

"İşçi qrup artan məhdudiyyətlər və karantin tədbirləri fonunda tədbiri dayandırmağı və 60-dan çox ölkənin iştirakçılarına planlarını korrektə edərək evlərinə dönmələrini təmin etməyi qərara aldı. Olimpiadaya lisenziyaların may və iyun aylarında bölüşdürülməsini yekunlaşdırmaq üçün gündəlik vəziyyət qiymətləndirilməklə davam edəcək. Prioritet məsələ idmançıların oyunlara idman prinsipləri əsasında lisenziya qazanmalarıdır" deyə komitənin açıqlamasında bildirilir.

Mayın 14-də start götürmüş yarış martın 24-də yekunlaşmalı idi. Daha əvvəl turnirin azarkeşsiz keçirilməsi qərara alınmışdı.

Qeyd edək ki, Avropa Təsnifat Turnirində Azərbaycan boksçuları da mübarizə aparırdı. Onlardan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Kamran Şahsuvarlı (75 kq) qələbə ilə başladıqları halda, Rauf Rəhimov (91 kq) və Anaxanım Ağayeva (51 kq) ilə görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30