8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Çingiz Hüseynzadə: "Bakıya gələn idmançılardan sağlamlıq haqqında arayış tələb edəcəyik"

"Beynəlxalq Olimpiya Komitəsinin dünən və bu gün iclası olub. Orada koronavirus məsələsinə də baxılıb. Tokio Yay Olimpiya Oyunları barədə təxirəsalma olmayacaq, olimpiadanın azarkeşsiz keçirilməsi nəzərdə tutulmur. Hər şey nəzarət altındadır. Olimpiada nəzərdə tutulmuş qaydada keçiriləcək. Heç bir dəyişiklik olmayacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, bir sıra yarışların təxirə salınmasının idmançıların hazırlıq planına təsir etməsinə də münasibət bildirib: "Belə məsələlər idmançılara təsir edəcək. Bu, nə bizdən, nə də başqa şəxslərdən asılıdır. Ona görə də yarışlardan hansısa təxirə salına və ya daha təhlükəsiz yerlərə keçirilə bilər. Amma bunların hamısı baş tutacaq. Nəzərdə tutulmuş bütün tədbirlər keçiriləcək".

MOK rəsmisi koronavirusun geniş yayıldığı İtaliyanın idmançılarının martda Bakıda keçiriləcək karate üzrə Avropa çempionatında iştirakı barədə də fikirlərini bölüşüb: "Bakıya gələn hər bir insan yoxlanılacaq. Hər bir insandan tələb edəcəyik ki, sağlamlıq haqqında arayışla gəlsinlər. Sərhəddə hamı yoxlanılacaq. Bu idmançı sağlamdırsa, yarışa qatılacaq. Sağlam deyilsə, hansısa şübhəli məqam varsa, ya geri qaytarılacaq, ya da karantində saxlanılacaq. Bu bizim istəyimiz deyil, Dünya Səhiyyə Təşkilatının tələbidir" ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30