8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Rafael Ağayev olimpiadaya lisenziya qazanmaq üçün Avstriyaya yollandı

Azərbaycan karateçiləri fevralın 28-də Avstriyanın Zaltsburq şəhərində start götürəcək Karate1 Premyer Liqa turnirinə yollanıb.

Futbolxeber.az saytının məlumatına görə, 3 günlük yarışda 14 idmançı çıxış edəcək.

Baş məşqçilər Bahəddin Kandaz (kişilər) və Denis Morozov (qadınlar), eləcə də böyük məşqçi Şahin Xudaverdiyev kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər üçü 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevanı (+68 kq) müşayiət edəcək.

Kata yarışlarına isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə yalnız Roman Heydərov qatılacaq.

Zaltsburqda Premyer Liqanı idarə edən referilər arasında beynəlxalq hakim Cahangir Babayev da olacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 88 ölkədən 625 karateçi yarışacaq. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinq xalları qazandıracaq.

Qeyd edək ki, İrina Zaretska daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Karate1 Premyer Liqada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı vaxtından əvvəl qazanıb. Rafael Ağayevə də vəsiqə üçün Zaltsburqda üç qələbə kifayət edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30