9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Olimpiya hərəkatının velosiped yarışları başa çatdı

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin, Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə 7-8-ci sinif şagirdləri arasında keçirilən “Olympic Moves” layihəsi çərçivəsində Bakı şəhəri üzrə velosiped yarışına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Respublika Velotrekində keçirilən final mərhələsində 12 məktəbin komandası iştirak edib.

Yarışın yekununa əsasən, Yasamal rayonu 308 saylı orta məktəbin komandası 1-ci yerə layiq görülüb. Xətai rayonu 29 saylı məktəbin şagirdləri 2-ci, Nəsimi rayonu 111 saylı məktəbin təmsilçiləri isə 3-cü yeri tutublar. Qeyd edək ki, reqlamentə əsasən 2 ay müddətində Bakı şəhəri üzrə ümumilikdə 247 məktəbin 4000-ə yaxın şagirdi velosiped yarışlarında iştirak edib və rayondaxili seçimlərin yekunu olaraq final mərhələsinə heyəti 3 oğlan və 1 qız velosipedçidən ibarət 12 komanda vəsiqə əldə edib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30