8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

APOEL rəsmisi: “Futbolda önəmli olan nəticədir”

“Bizim üçün xüsusi gündür və bunu yaxşı nəticə ilə qeyd etmək xoşdur. Heç kim bu zəfəri kiçik hesab etməməlidir. Futbolda önəmli olan nəticədir. Yaxşı oynasanız da, oynamasanız da yaddaşda qalan nəticə olur. Qələbə  komandanın xarakterini göstərir.  APOEL çətinliyi sevən və bu durumdan çıxmağı bacaran komanda olduğunu sübut etdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos Avroliqanın qrup mərhələsinin 4-cü turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

O, qrupda ikinci vəsiqə üçün 3 komandanın da şansının olduğunu qeyd edib: "Düdelanj"a məğlubiyyətdən sonra uğurlu nəticə ilə qrupdakı taleyimizi  yaxşılaşdırdıq. Hələ heç nə bitməyib. Üç komandanın da növbəti mərhələ şansı davam edir. Bu üç klub arasında elə böyük fərq yoxdur. Sona qədər mübarizə davam edəcək".

Klub rəsmisi 5-ci turda "Düdelanj"la səfərdə keçirəcəkləri görüşün finala bərabər olduğunu söyləyib: "Çünki rəqib evdə oynayacaq və üç xal qazanmağa həvəsli olacaq. Onlar da növbəti mərhələni hədəfləyir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30