9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Hacı Əliyev medalsız qaldı

Azərbaycanın sərbəst güləş üzrə üçqat dünya və Avropa çempionu Hacı Əliyev növbəti dəfə uğursuzluqla üzləşib.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, 65 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı olimpiya mükafatçısı Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunan turnirdə medal qazana bilməyib. O, ilk görüşdə rusiyalı Nikolay İvanova 10:0 hesabı ilə qalib gəlsə də, ardınca yerli idmançı Daşa Şarastepanova uduzub – 5:7. Rəqib də 1/4 finalda məğlub olduğu üçün Əliyev çıxışını başa vurub.

Yarışda Azərbaycanı yığmanın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) də iştirak edir.

Qeyd edək ki, Əliyev ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında da medal qazana bilməyib.a

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30