29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Çingiz Hüseynzadə və Azər Əliyev ANOC-un Baş Assambleyasında iştirak edəcək

Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Baş Assambleyası keçiriləcək.
 
Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) "Report"a verilən məlumata görə, oktyabrın 11-də başlayacaq iclasda vitse-prezident Çingiz Hüseynzadə və MOK-un baş katibinin müavini Azər Əliyev iştirak edəcək.
 
9 gün davam edən Assambleya çərçivəsində ANOC-un Audit və Maliyyə, Marketinq, Atletlər, Beynəlxalq Əlaqələr, və Tibbi Komissiyalarının iclasları keçiriləcək, məruzə çıxışları dinləniləcək. 
 
Həmçinin Gənclər Komissiyasının və Milli Olimpiya Komitələrinin Assosiyasiyasının İcraiyyə Şurasının iclası gündəlikdə olan məsələlərdədir. Sonda Olimpiya Həmrəyliyi Komissiyasının iclası baş tutacaq.
 
Qeyd edək ki, 12 - 16 oktyabrda Dohada I Dünya Çimərlik Oyunları təşkil olunacaq. Azərbaycan bu yarışda 7 idmançı təmsil edəcək: Oyan Nazariani, Pənah İlyaslı, Kənan Əliyev, İbrahim Yusubov (hamısı güləş); Rostislav Pevtsov və Kseniya Levkovska (triatlon); Roman Heydərov (karate).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31