24 May 2024, Cümə
Avroliqanı "Atalanta" qazandı
I Liqada çempion məlum oldu
II Liqanın bombardiri mükafatlandırıldı
II Liqada mövsümə yekun vuruldu

Digər idman növləri

Tokio-2020-yə növbəti lisenziya

Azərbaycanın idman gimnastı Marina Nekrasova Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı idmançı buna Almaniyanın Ştutqart şəhərində keçirilən dünya çempionatında nail olub.

Bu, Azərbaycanın 8-ci lisenziyası olub. Bunadək son olaraq Ruslan Lunyov pnevmatik tapança ilə 25 metr məsafəyə atəşaçmada Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Ona qədər isə sərbəst güləşçi Şərif Şərifov (97 kq), qadın güləşçi Mariya Stadnik (50 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), eləcə də bədii gimnastikada çoxnövçülük üzrə fərdi qaydada Zöhrə Ağamirova və qrup komandası “Tokio-2020”yə vəsiqə qazanıblar (Report).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31