7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Digər idman növləri

Rafael Ağayevdən qızıl medal

Rusiyanın paytaxtı Moskvada Karate1 Premyer Liqası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev də yarışda qüvvəsini sınayıb.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya) və Matus Lieskovskini (Slovakiya) eyni - 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Rafael bu raundda iranlı Bəhmən Əsgərini 2:0 hesabı ilə üstələyib. Bu gün baş tutan final döyüşündə onun rəqibi Yermek Aynəzərov (Qazaxıstan) olub. Ağayev bu qarşılaşmada da qalib gəlib - 1:0.

Beləliklə, 5 qələbə qazanan təmsilçimiz yarışın qızıl medalına yiyələnib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, Karate1 Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışıb (gabalafc.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30