8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Rafael Ağayev finala yüksəldi

Azərbaycan karateçisi Rafael Ağayev Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, 75 kq çəkidə çıxış edən 34 yaşlı idmançı ardıcıllıqla Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya), Matus Lieskovski (Slovakiya) və Bəhmən Əsgərini (İran) məğlub edib. O, oktyabrın 6-da baş tutacaq finalda Yermek Aynəzərovla (Qazaxıstan) qarşılaşacaq.

Qadınların mübarizəsində isə 50 kq çəkidə çıxış edən Nuranə Əliyeva isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, Endo Çinatsu (Yaponiya), Lusia Kovaçikovanı məğlub etdikdən sonra Sara Hubriçə uduzub.Təsəlliverici görüşlərdə Çeili Qonsales (Qvatemala) və Pisard May-Lidən (Fransa) güclü olan yığma üzvü bazar günü bürünc medal uğrunda Miho Miyahara ilə üz-üzə gələcək.

İlk yarış günündə Firdovsi Fərzəliyev (60 kq), Hümmət Baxşəliyev, Rafiz Həsənov, Tural Ağalarzadə (hamısı 67 kq) və İlahə Qasımova (55 kq), eləcə də katada Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev medal şansını əldən veriblər.

Bu gün Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hamısı 84 kq), Asiman Qurbanlı, Şahin Atamov və Əli Cəfərov (hamısı +84 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq. Həmçinin, Roman Heydərov kata yarışında qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30