9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Azərbaycan Dünya çempionatında dördüncü medalını qazandı

Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandasının “London 2019” Dünya çempionatında uğurlu çıxışı davam edir. 
 
Futbolxeber.az saytının məlumatına görə, ötən axşam yığma komandamızın üzvü Roman Saleh sərbəst (freestyle) üslubda üzgüçülük növündə yarışıb. O, 100 metr məsafəni 52.99 saniyəyə qət edərək yarışın bürünc medalına sahib olub. 
 
İlk yerə 52.02 saniyəlik nəticə ilə Ukrayna təmsilçisi Yaroslav Denisenko çıxıb. İkinci yerə isə Ukraynanın digər təmsilçisi Maksim Veraksa 52.66 saniyəlik nəticə ilə layiq görülüb. 
 
Xatırladaq ki, Roman Saleh bundan əvvəl çempionatın belüstü üzgüçülük növüdə 2-ci yeri qazanaraq "Tokio 2020" paralimpiadasına birbaşa lisenziya qazanıb. Növbəti gün isə sərbəst üsul ilə 50 metr məsafəyə olan yarışda isə 3-cü yer qazanaraq çempionatın ikinci medalını təmin edib.
 
Bundan başqa, komandamızın digər üzvü, 17 yaşlı Vəli İsrafilov “Brass” üsulu ilə yarışıb. O, 100 metr məsafəni 1:06.01 dəqiqəyə qət edərək yarışın üçüncüsü olub.
 
Beləliklə, Dünya Çempionatında Azərbaycan komandasının qazandığı medalların sayı 4-ə çatıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30