29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Rafael Ağayev Tokioda finala yüksəldi

Rafael Ağayev (75 kq) Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, ardıcıl olaraq Fransa, Özbəkistan və Mərakeşli rəqiblərini məğlub edən Ağayev, yarımfinalda ukraynalı idmançıdan üstün olub. Bazar günü həlledici görüşdə rəqib, həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) olacaq.

Yarışın ilk günü daha 3 idmançımız mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirinin 5-ci mərhələsi, Olimpiadada karate yarışlarının keçiriləcəyi Nİppon Budokan idman zalında təşkil olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31