29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Elnur Əşrəfoğlu qalmaqala aydınlıq gətirdi: “Feyk profillərdi”

Azərbaycan Cüdo Federasiyasının feysbuk hesabında Tokioda keçirilən dünya çempionatı ilə bağlı edilən paylaşımın şərh bölməsində qalmaqal yaşanıb.

Futbolxeber.az saytnın məlumatına görə, cüdoçuları tənqid edən sosial şəbəkə istifadəçiləri təhqirə məruz qalıblar.

Belə ki, şərh bölümündə cüdoçular Hidayət Heydərovla Aişə Qurbanlı sosial şəbəkə istifadəçiləri ilə mübahisə etməyə başlayıb. Mübahisə zamanı idmançılar feysbuk istifadəçilərini təhqir etməkdən çəkinməyiblər.

Lakin çox keçmədən Azərbaycan Cüdo Federasiyasının baş katibin müavini Elnur Əşrəfoğlu məsələyə aydınlıq gətirib:

“Bunu yazanlar bizim cüdoçular deyil. Feyk profillərdi. Birinci dəfə deyil ki, belə problemlərlə üzləşirik. Hidayətin adına feysdə 100 dənə profil var, amma onun özünün rəsmi səhifəsi yoxdur. Aişənin də adına həmçinin. Onun özünün rəsmi profili isə tamam başqadı. Çətin deyil ki, adlarını yazsanız feysdə, görəcəksiniz. Bir qrup adam var ki, belə profillərlə yazıb qəsdən aranı qızışdırırlar. İmkan verməyək ki, dırnaqarası dostlarımız belə şeylərdən istifadə etsinlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31