29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Olimpiya Festivalında çıxış edəcək velosipedçilərimizin siyahısı müəyyənləşib

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək oğlan və qızlardan ibarət yığma komandalarımızın heyəti məlum olub.
 
Futbolxeber.az saytının məlumatına görə, mötəbər yarışda 3 qız və 3 oğlan velosipedçimiz yarışacaq. Seçim zamanı iyulun 12-14-də keçirilən ölkə birinciliyinin qrup ötüşməsinin (ilk 3 yer), həmçinin EYOF-a hazırlıq məqsədilə Belçikada təşkil edilən təlim-məşq toplanışı və bir sıra yoxlama yarışlarının nəticələri əsas götürülüb.
 
Qızlar
 
Lalə Əbdürəhmanova (7 saylı Olimpiya Məktəbi)
 
Gülşən İsmayılova (7 saylı Olimpiya Məktəbi)
 
Məleykə İsgəndərova (Respublika Olimpiya Velosiped Məktəbi)
 
Oğlanlar
 
Nikita Sıtov (Respublika Olimpiya Velosiped Məktəbi)
 
Mustafa Muxtarlı (7 saylı Olimpiya Məktəbi)
 
Nofəl Nuriyev (“Neftçi” İdman Klubu İctimai Birliyi)
 
EYOF proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblərin adına aydınlıq gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31