7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Digər idman növləri

Mövsümün ilk yarışının qalibləri müəyyənləşib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2019-cu il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən Veloparkda mövsümün “Açılış yarışı” keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, yarışda klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-ə yaxın idmançısı iştirak edib.

15 yaşadək qız və oğlanların 7,2 km məsafəyə mübarizəsi Respublika Olimpiya Velosiped Məktəbinin yetirmələri Fatimə Əfqanzadə və Hüseyn Nərimanovun qələbəsilə başa çatıb. 12 km məsafə qət edən 17 yaşadək qızlar arasında fəxri kürsün ilk pilləsinə 7 saylı Olimpiya Məktəbinin təmsilçisi Viktoriya Sidorenko qalxıb. Bu yaş qrupunda çıxış edən oğlanların 21 km məsafəyə yarışında isə Respublika Olimpiya Məktəbinin üzvü Nikita Sitov qalib olub.

Gənc qızlar arasında 21 km məsafəni hamıdan tez başa vuran Respublika Olimpiya Velosiped Məktəbinin velosipedçisi Ayan Xankişiyeva qızıl medala layiq görülüb. Adı çəkilən məktəbin digər üzvü Nəcəf Bağırov isə gənc oğlanlar arasında 42 km məsafəni 1-ci tamamlayıb. Qalibər medal, diplom və hədiyyələrlə təltif ediliblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30